DİN Daxili Qoşunlarda hərbçinin əsgəri döyməsi əks olunan videoya münasibət bildirib.
“Daxili Qoşunların N saylı hərbi-hissələrindən birində əsgərin döyülməsi ilə bağlı bu gün yayılmış videogörüntülər ötən il qeydə alınıb.
Hadisə baş verdikdən sonra nazirlik tərəfindən xidməti yoxlama aparılıb, fakt təsdiqini tapdığına görə həmin hərbçi daxili işlər orqanlarından xidmətdən xaric edilib. Faktla bağlı aparılan aşdırmanın nəticəsinə uyğun olaraq əmələ hüquqi qiymət veriləcək”- deyə (DİN) Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov bildirib.