Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin İrana səfəri çərçivəsində Tehranda “Azərbaycan Dəmir Yolları” QSC (ADY) və İran Dəmir Yollarının (RAI) rəhbərliyi arasında görüş keçirilib.
“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyindən bildiriblər ki, görüşdə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişaf perspektivləri, dəhlizin tərkib hissəsi olan Rəşt-Astara xəttinin tikintisi müzakirə edilib. Bununla yanaşı, İranın Astara şəhərində yük terminalının tikintisi ilə bağlı mövcud vəziyyət və bu sahədə işlərin sürətləndirilməsi barədə fikir mübadiləsi aparılıb.
1 şərh
I was pretty pleased to discover this great site. I need to to thank you for your time for this particularly fantastic read!! I definitely appreciated every part of it and I have you book marked to see new stuff on your blog