“Azərbaycan İranla artıq Araz çayı üzərində körpü tikintisinə başlayıb”.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 2022-ci ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.
Nazir bildirib ki, Azərbaycanla İran arasındakı razılaşmaya əsasən, Azərbaycandan Naxçıvana alternativ yol olacaq.
Qeyd edək ki, 2022-ci ilin martın 11-də Bakı ilə Tehran arasında İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb.