QafqazTimes xəbər verir ki, Hindistanın Ticarət Nazirliyi buğda ixracatı üçün Azərbaycan da daxil olmaqla 30 ölkəyə müraciət etmək, Rusiya və Ukraynanın əvəzinə dünyanın 30 ən böyük buğda idxalçısının ehtiyaclarını ödəmək qərarına gəlib.
Bu 30 ölkədən 10-15-i Rusiya və Ukrayna buğdasından əlavə Hindistan buğdasının da cari müştəriləridir, lakin Hindistanın ümumi idxaldakı payı Rusiya və Ukraynadan daha aşağıdır.
Qeyd edilən bu siyahıya Türkiyə, Azərbaycan, Misir, Suriya, Mərakeş, Sudan, İtaliya, Yəmən, Yunanıstan və hind buğdasını nadir hallarda alan Şimal-Şərqi Afrika ölkələri də daxildir.
Hindistan Kənd Təsərrüfatı və Ərzaq İxracının İnkişafı Agentliyinin rəhbəri Mahyan Anqamoto deyib: “Məqsədimiz təkcə indiki böhran zamanı qısamüddətli razılaşmalar əldə etmək deyil, həm də Rusiya və Ukraynanın üstünlük təşkil etdiyi buğda bazarlarında uzunmüddətli tədarükçüsü olmaqdır. Biz qısamüddətli nailiyyətlər üçün deyil, bu fürsətdən əsas buğda idxal edən ölkələrlə uzunmüddətli əlaqələr qurmaq üçün istifadə edəcəyik.