QafqazTimes xəbər verir ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri çərşənbə axşamı Vaşinqtonda görüşərək, mümkün sülh müqaviləsini müzakirə ediblər.
“Anadolu” xəbər agentliyinin məlumatına görə, Ermənistan və Azərbaycan Respublikasının xarici işlər nazirləri mümkün sülh müqaviləsindəki maddələrlə bağlı müştərək rəylərə malik olduqlarını və həll edilməli olan bir sıra məsələlərin olduğunu etiraf ediblər.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bəyanatında bu kontekstdə deyilir: “Hər iki tərəf Soçidə keçirilən görüşlərdə tərəflərin öhdəliklərini yerinə yetirmələrinin vacibliyini vurğulayıblar.”
Bu xəbərə görə, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və onun erməni həmkarı Ararat Mirzoyan ABŞ-a ev sahibliyi etdiyinə görə minnətdarlıqlarını bildiriblər və danışıqları sürətləndirmək və yaxın həftələrdə daha bir görüş keçirmək barədə razılığa gəliblər.
ABŞ dövlət katibi Entoni Blinken də ABŞ-ın iki ölkənin suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini açıqlayıb.
ABŞ Dövlət Departamentinin bəyanatında qeyd edilib: “Birbaşa dialoq real və davamlı sülhə nail olmaq üçün ən yaxşı yoldur. ABŞ Ermənistan və Azərbaycan Respublikalarının dostu kimi əlindən gələni etməyə hazırdır.”
Qeyd edək ki, 2020-ci ildə Ermənistan və Azərbaycan Respublikası arasında Dağlıq Qarabağ bölgəsində baş vermiş müharibə hər iki tərəfdən 6500-dən çox əsgərin ölümü ilə nəticələndi və bu münaqişə Rusiyanın nəzarəti altında olan razılaşma ilə qismən dayandırıldı və bununla da Ermənistan onilliklər boyu işğal etdiyi torpaqlardan geri çəkildi. Rusiya isə atəşkəs prosesinə nəzarət etmək üçün bölgəyə 2 min əsgər göndərdi.
1 şərh
👉 Evelyn He wants to talk frankly with you and show you something, you will like it. Click Here:👉 http://bit.do/fVzxU