Futbol üzrə Azərbaycan I Divizionun 28-ci turunda maraqlı hadisə baş verib.
Oxu.Az xəbər verir ki, bu, “İmişli” – “Zirə-2” matçında meydan sahibləri hesabı açarkən yaşanıb.
64-cü dəqiqədə künc zərbəsindən sonra iki ardıcıl zərbə qapı tirindən qayıdıb. Ancaq “İmişli” futbolçuları inadkarlıq ediblər və üçüncü cəhddə – Tolqar Yaqubovun zərbəsindən sonra top tora qovuşub.
Matçda qalib müəyyənləşməyib – 1:1.