Rusiyanın Saxalin vilayətinin Oxinski rayonunda ayı yola çıxaraq insanların olduğu avtomobilə hücum edib.
Bildirilir ki, hadisə magistral yolda baş verib, avtomobil nasazlıq səbəbindən yol kənarında dayanıb.
Məlumata görə, avtomobildə bir sürücü və iki sərnişin olub.
Yırtıcı avtomobilə yaxınlaşaraq, onu hər tərəfdən iyləyib, kapota çıxıb və şüşə silgisini qoparıb.
Avtomobili yoxlayandan sonra ayı yoxa çıxıb. İnsident nəticəsində xəsarət alan olmayıb.
Məlum olub ki, avtomobilin hidravlik muftası xarab olub, sürücü yolun kənarında dayanıb, digər avtomobili gözləyib.