18 ordibehişt, 1401/ 8 may, 2022
- İran dövlətinin Suriya ilə həmkarlıqları genişləndirmək üçün ruhiyyə və iradəsinə rəğmən çalışmaq lazımdır ki, iki ölkə arasında əlaqə keçmişdəkindən yüksək olsun.
- Suriya xalqı və dövlətinin müqaviməti, beynəlmiləl bir müharibədə qazanılan qələbə Suriyaya inamı artırdı. Bugünkü Suriya müharibədən qabaqkı Suriya deyil. Müharibədən qabaq qarışıqlıq, dağıntı olmasa da, hazırda – müharibədən sonra Suriyanın nüfuzu çox artıb və hamı bu ölkəyə bir güc kimi baxır.
- Sizə və bizə qonşu olan bəzi ölkə rəhbərləri sionist rejim başçıları ilə oturub-durur, qəhvə içirlər. Amma həmin ölkələrin əhalisi Qüds Günü küçə və meydanlara çıxır, anti-sionist şüarlar fəzanı ağuşuna alır. Regionun hazırkı reallığı budur.
- Suriyanın beynəlmiləl savaşda qələbəsinə müxtəlif faktorlar təsir göstərib. Mühüm faktorlardan biri sizin (Bəşar Əsəd) yüksək ruhiyyəniz olub. İnşaallah, bu ruhiyyə ilə müharibə dağıntılarını aradan qaldıra bilərsiz. Qarşıda sizi böyük işlər gözləyir.
- Böyük şəhid Süleymaninin Suriyaya münasibətdə xüsusi bir təəssübü vardı. O, sözün əsil mənasında fədakarlıq göstərirdi. Onun Suriyadakı hərəkətləri ilə İranda 8 illik müdafiədəki hərəkətləri arasında fərq yox idi. Şəhid Süleymani və Sepahın şəhid Həmədani kimi digər tanınmışları Suriya məsələsinə vəzifə, müqəddəs öhdəçilik kimi baxırdılar.
- İranla Suriya arasında bağlılıq və əlaqə hər iki ölkə üçün həyati əhəmiyyət təşkil edir. Yol vermək olmaz ki, bu əlaqə zəifləsin. Əksinə, bu əlaqələri imkan həddində gücləndirmək lazımdır.
- Ötən illərdə Suriyaya qarşı cəbhədə dayanan bəzi ölkələr bu gün dostluq və məhəbbətlərini bildirirlər. Ötən təcrübələrdən faydalanıb qarşıdakı yolu işıqlandırmaq lazımdır.