Ayətullah Xamenei Kermanşah vilayətinin 9800 şəhidinin xatirəsini yad edən Milli Konqresdə deyib:
Düşmən bu gün İslam Respublikası ilə qarşıdurma yaratmaq üçün həm odlu silahlardan, həm də psixoloji əməliyyatlardan və mədəni silahlardan istifadə edir.
Təbii ki, bu gün biz, icbari müharibə dövründən yüz dəfə güclü olmuşuq və ölkənin imkanları o dövrlə müqayisə oluna bilməz.
Amma təkcə hərbi sahədə güclənmək, bu sahədə yaxşı irəliləyişlər etmək kifayət deyil, həm də qəlblər, düşüncələr, dillər üzərində təsirli işlər görülməlidir.
O, məcburi müharibə zamanı gənclərin vətəni müdafiə etmək həvəsinə toxunaraq, gəncləri bu gün bədxahlara qarşı mübarizədə əsas element hesab edib və deyib:
Bugünkü gənclik şəhid əməyinin dəyərini və əhəmiyyətini öyrənməli, onların səmimiyyəti, bağışlaması, fədakarlığı, islami davranışı kimi seçilən xüsusiyyətlərini digər ölkələrin təmkinsiz, talançı əsgərləri ilə müqayisə edib, dərindən bilməlidir.
Həzrət Ayətullah Xamenei mədəniyyət və incəsənət məhsullarının səmərəliliyinin qiymətləndirilməsini vacib hesab edib və vurğulayıb:
Bütün fəaliyyətlərə hakim ruh, gənc nəsilə təsir olmalıdır və siz yoxlamalı və görməlisiniz ki, gördüyünüz işin nəticəsi gənclərə nə dərəcədə təsir etdi?
Qafqaztimes
Al-alam