QafqazTimes xəbər verir ki, İslam İnqilabının Rəhbəri Ayətullah əl-üzma İmam Xamenei böyük alim Ayətullah əl-üzma Hacı Seyid Məhəmməd Əli Ələvi Qorqaninin vəfatı ilə əlaqədar başsağlığı verib. Başsağlığı məktubunun mətni belədir:
Mehriban və Bağışlayan Allahın adı ilə
Böyük alim Ayətullah Hacı Seyid Məhəmməd Əli Ələvi Qorqaninin vəfatı ilə əlaqədar Qum hövzəsinə və onun bütün tələbələrinə, tərəfdarlarına və təqlidçilərinə, xüsusən də bu nəcib insana və möhtərəm atası mərhum Ayətullah Hacı Seyid Səccad Ələviyə xüsusi bağlılığı olan mömin Gülistan əhalisinə və həmçinin əziz ailəsinə və övladlarına başsağlığı verirəm.
Bu böyük təqlid mərcəsi inqilabın və məmləkətin müxtəlif məsələlərində həmişə xalqın kənarında olmuş, müqəddəs nizama dəstəyinə sadiq qalmış və ilahi lütf və rəhmətə səbəb olacaq dəyərli xidmətlər göstərmişdir. Allah-taaladan onun məqamının uca olmasını və pak əcdadları ilə məhşur olmasını diləyirəm.