Sionist rejimin mediası rejim ordusunun hədəfləri siyahısında şiələrin ali məqamlı müctehidi Ayətullah Seyid Əli Sistaninin şəklini dərc edib.
Sionist yəhudilərin bu hərəkəti dünya müsəlmanarının geniş etirazı və qınağı ilə qarşılandı.
Sionist İsrail rejiminin 14-cü kanalı dünən – çərşənbə axşamı – sui-qəsd edilməli olan şəxsiyyətlər kimi müqavimət liderlərinin fotosunun yanında Ayətullah Seyid Əli Sistaninin fotosunu dərc edib.
İraqın baş nazirinin siyasi müşaviri Fadi Şəmri Ayətullah Sistanini dünya şiələrinin “qırmızı xətti” hesab edib və əmin edib ki, sionist rejim ona hücum etməyə heç vaxt cəsarət etməyəcək.
Şəmri əlavə edib: Əminliklə deyirəm ki, bu rejim heç vaxt belə bir strateji səhvə yol verməyə cəsarət etməyəcək. Çünki əks halda daş daş üstə qalmayacaq.
Həzrət Ayətullah Seyid Əli Sistani Seyid Həsən Nəsrullahın şəhadəti münasibətilə verdiyi başsağlığı mesajında deyib: “Bu böyük şəhid son onilliklərdə bənzərsiz liderlik nümunəsi oldu. O, Livanın sionistlərin işğalından azad edilməsində mühüm rol oynayıb və İraq xalqına öz ölkələrini terrorçuların işğalından azad etməkdə köməklik göstərdi, məzlum Fələstin xalqına dəstək olaraq dəyərli mövqe tutdu və nəhayət, bu mübarizədə canını fəda etdi.”
Qafqaztimes
Al-alam
2 şərhlər
I think the admin of this web site is really working hard
in favor of his website, because here every data is quality based data.
You need to be a part of a contest for one of the best blogs online.
I most certainly will recommend this website!