Rusiyada, Petropavlovsk-Kamçatskda avtomobilin sürücüsü yerli mağazanın yaxınlığındakı dayanacaqda yeddi yaşlı uşağı iki dəfə vurub.
Kadrlarda birinci sinif şagirdinin idman ayaqqabısını tənzimləmək üçün çöməldiyi görünüb. Bu zaman arxadan “KIA Sorento” krossoveri onun üstündən keçib. Avtomobilin təkəri bir neçə saniyə uşağın üstündə qalıb, sonra isə hərəkətini davam etdirib. Bundan sonra sürücü irəli sürməyə başlayıb və ikinci dəfə oğlanın üstündən keçib. Şahidlər maşını saxlayıblar.
Krossoverin 40 yaşlı sürücüsü şagirdi görməyib. Uşaq xəstəxanaya yerləşdirilib. Həkimlər ona çoxsaylı xəsarətlər, o cümlədən körpücük sümüyü sınığı diaqnozu qoyublar.