Fransa vətəndaşının başına maraqlı iş gəlib.
Paris sakini avtomobil almaq üçün ödəməli olduğu 1 500 avronu nağdlaşdıraraq evə qoyub.
O, bir neçə saat sonra evə qayıdarkən tam başqa mənzərənin şahidi olub: 8 aylıq küçük pulları çeynəyib yararsız hala salıb.
Lakin it sahibinin bəxti gətirib. Belə ki, o, banka müraciət edərək müsbət cavab alıb. Əsginasların korlanması müəyyən şərtlərə cavab verdiyi üçün başabaş dəyişdirilib.