Avtobus sürücüsü nəqliyyat vasitəsini kənarda saxlayıb və namaz qılıb.
Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Belə ki, avtobus sürücüsünün bu hərəkəti birmənalı qarşılanmayıb.
“BakuBus” MMC-dən bildirilib ki, görüntü qurumun istismarında olan 175 saylı marşrut xəttinin son dayanacağında çəkilib:
“Daxil olmuş videogörüntü əsasında daxili araşdırma aparıldı. Son dayanacaqda avtobusun durma müddəti 9 dəqiqə təşkil edir. Sürücü həmin müddət ərzində (təqribən 3 dəqiqə) dini ibadətini yerinə yetirib. Bu, avtobusun hərəkət qrafikində heç bir gecikməyə səbəb olmayıb”.