Qafqaztimes.com Sportrbc.ru-ya istinadən xəbər verir: İsveçrə prokurorluğu sabiq futbol çinovniklərinin FİFA-nın büdcəsindən 2 mln isveçrə frankı mənimsədiyini bildirir. Fırıldaqçılıqda ittiham edilənlər FİFA-nın eks-prezidenti Yozef Blatter və UEFA-nın eks-prezidenti Mişel Platinidir. İdman nəhənglərinin fırıldaqçılıqda ittiham olunması bütün Avropa üçün rüsvayçılıqdır. İstintaq bildirir ki, tanınmış məmurlar FİFA-nın büdcəsi hesabına varlanmışlar. İstintaq 2015-ci ildə başlayıb. Nəticədə Blatter istefa verib. Blatterə qarşı başqa ittihamlar da var. Onun 2011-ci ildə FİFA-nın sabiq vitse-prezidenti Cek Uornerə 1 mln dollar rüşvət verdiyi iddia olunur.
Avropanın fırıldaqçı futbol bosları!
Noyabr 2, 2021
Əvvəlki yazı
