Avropalılar 2024-cü ilin ən yaxşı avtomobilini seçiblər.
Bununla əlaqədar, ötən gün Cenevrə Beynəlxalq Avtomobil Sərgisində Avropada “İlin avtomobili” müsabiqəsinin mükafatlandırma mərasimi baş tutub.
Beləliklə, 2024-cü ilin avtomobili “Renault Scenic E-Tech” krossoveri seçilib.
Qeyd olunur ki, “Renault Scenic E-Tech” münsiflər heyətinin səsverməsində 329 xal toplayıb.
İkinci yeri 308 xalla yeni nəsil “BMW 5 Series” avtomobili tutub. Bu avtomobilə 19 jüri üzvü maksimum xal verib. Üçüncü yerdə yeni “Peugeot 3008” (197 xal) qərarlaşıb.