Bolqarıstan polisi cümə günü, fevralın 17-də Sofiya yaxınlığında içərisində 40-a yaxın qeyri-qanuni miqrantın olduğu yük maşını tapıb.
İlkin məlumata görə, gizli kupedəki insanların 18-i artıq ölü olub.
Bildirilir ki, qeyri-qanuni miqrantların ölümünün ehtimal olunan səbəbi hava çatışmazlığıdır.
Miqrantlardan 16-sı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib, 10 nəfərə yerindəcə tibbi yardım göstərilib.
Polis məsələ ilə bağlı araşdırma aparır.