QafqazTimes xəbər verir ki, Avropa İttifaqı Ukraynanın şərqindəki iki bölgənin müstəqilliyini tanıdığı üçün boykot etdiyi rusiyalı şəxslərin və təşkilatların siyahısını açıqlayıb. Bu siyahıya Rusiya Müdafiə naziri və Xarici İşlər Nazirliyinin sözçüsü də daxildir.
Avropa İttifaqı cümə axşamı səhər sanksiya tətbiq edilən rusiyalı fiziki və hüquqi şəxslərin yeni siyahısını açıqlayıb.
RİA Novosti saytı xəbər verir ki, siyahıda Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da vardır.
Məlumatda deyilir: “Avropa İttifaqı Rusiyanın Donetsk və Luqansk respublikalarını tanıması, habelə bir sıra banklara qarşı sanksiyalar və məhdud dövlət borcu fəaliyyətinə görə sanksiya tətbiq etdiyi rusiyalıların siyahısını dərc edib.”
Müvafiq olaraq, cümə axşamı səhər Aİ xarici işlər nazirləri tərəfindən razılaşdırılmış sanksiyalar Ukraynadan ayrılan bölgələrin müstəqilliyinin tanınmasını təsdiqləyən Rusiya parlamentinin (Duma) 351 deputatına və ondan çox şəxs və təşkilata qarşı tətbiq edilib.
RİA Novosti-nin məlumatına görə, sanksiyalar sənəd dərc olunduğu andan tətbiq edilib və Aİ-nin sanksiya siyahısında olmaq Avropa İttifaqının ərazisinə girişin qadağan edilməsi və fiziki şəxslərin Aİ ərazisindəki aktivlərinin dondurulması deməkdir.