Qafqaztimes xəbər verir ki, Avropa Birliyi cümə günü etdiyi mətbuat açıqlamasında, İsrail ordusunun fələstinli uşaqlara qarşı zorakılığı səbəbindən narahat olduqlarını söyləyiblər.
Mətbuat konfransında bildirilib: “Fələstinli uşaqlara qarşı həddindən artıq güc tətbiq edilməsindən çox narahatıq. 8-18 Oktyabr tarixlərində Beytləhmdə bir uşaq öldürüldü və 41 uşaq Qüdsdə həbs edildi!”
Daha əvvəl Fələstinli Məhbuslar Klubu Sionist rejimin 2000-ci ildən bəri 16 mindən çox fələstinli uşağı həbs etdiyini və onların 85%-dən çoxuna işgəncə verildiyini elan etmişdi. Hazırda140 fələstinli uşaq sionist həbsxanalarında, xüsusən Ufu və Məcdu həbsxanalarında saxlanılır. 2021-ci ilin əvvəlindən mart ayının sonuna qədər işğalçı rejimin rəsmiləri, əksəriyyəti Qüdsdən olan təxminən 230 uşağı həbs etmiş və ya girov sənəd müqabilində ev dustağı etmişdir.
“Human Rights Watch” təşkilatı da sionistlərin Fələstin xalqına qarşı hərbi cinayətlər törətdiklərini dəfələrlə bəyan edib.