QafqazTimes.com Unn.com.ua-ya istinadən xəbər verir: WhatsApp 225 mln avro rekord cərimədən sonra Avropaya təslim oldu, konfidensiallıq siyasətini təkcə Avropa üçün “islah etdi”. İlin əvvəlində İrlandiya tənzimləyiciləri WhatsApp-ı müştərilərə aid məlumatı özbaşına mənimsədiyi üçün cərimələmişdi. Cərimə öz işini gördü. Meta-ya (sabiq Facebook) məxsus kompaniyanın Avropa İttifaqı və Britaniyadakı müştəriləri bundan sonra məlumatların yenilənməsi barədə bildiriş alacaq. WhatsApp məsulları bu dəyişikliyi təzyiq altında yerinə yetirdiklərini və əslində mövqelərinin dəyişmədiyini vurğulayıblar. Kim haqlıdır? Təbii ki, özü haqda məlumatın gizli saxlanılmasını tələb edən müştərilər! WhatsApp istifadəçi məlumatından istədiyi kimi istifadə edir. Bütün dünya narazı olsa da, hələlik yalnız Avropa öz şərtini qəbul etdirə bildi
