Cüneyn əhalisinin qırğınından sonra müqavimətin qarşısını almaq olmaz.
Fələstin İslami Cihad Təşkilatının baş katibi Ziyad Nəxalə son zamanlar ekspansionistlərin vəhşiliyi və fələstinlilərin daha əzm və qətiyyətlə çox fərqli formada reaksiyaları barədə fikrini bildirərək deyib: İordan çayı qərb sahili və Cüneyndə baş verən son sionist rejim hərbçilərinin vəhşilikləri müqabilində artıq Müqavimətin qarşısını almaq olmaz. Fələstinin bütün mübariz qrupları döyüş meydanında qalacaq, düşmənlə mübarizəni davam etdirəcəklər.
Ziyad Nəxalə həmçinin bu gün 9 nəfərin şəhid və 16 nəfərin yaralanması ilə nəticələnən vəhşilik barədə deyib: Şəhidlər qanları ilə bizim gələcəyimizi qururlar. Başımıza gələn bu qədər bəlalara baxmayaraq biz geri çəkilməyəcəyik. Bizim bayrağımız həmişə başımız üzərində dalğalanacaq. Düşmənlə mübarizədə, Fələstin xalqının müdafiəsində silahımız və müqəddəs məqsədlərimiz Allahın köməkliyi ilə çatacaq.