QafqazTimes.com İrna-ya istinadən xəbər verir: Ermənistanla Türkiyə əlaqələrin normallaşdırılması üçün çalışır. Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, iki ölkə arasında əlaqələrin normallaşdırılması üçün nümayəndə heyətləri görüşəcək. Türkiyə parlamentində büdcə müzakirəsi zamanı İstanbul-Yerevan çarter reyslərinin işə salınması barədə də danışılıb.
Uzun müddət soyuq münasibətlərdən sonra 2009-cu ildə iki ölkə arasında sərhədlərin açılması barədə razılıq əldə edilmişdi. Amma Qarabağ müharibəsi səbəbindən münasibətlərin normallaşması mümkün olmamışdı.