Rusiya hüquq-mühafizə orqanları tərəfindən saxlanılan 24 yaşlı volqoqradlı qadın müstəntiqə etiraf edib ki, 9 aylıq oğlunu ölməsi üçün qəsdən nəzarətsiz qoyub.
Bu barədə Volqoqrad vilayəti İstintaq Komitsindən məlumat verilib.
Qadın avqustun 3-də evdən çıxıb və o vaxtdan heç kim onu görməyib. Avqustun 7-də körpənin heç bir həyat əlaməti olmayan meyiti nənəsi tərəfindən tapılıb.
Faciə Avtomaqistralnaya küçəsi, 3 ünvanında yerləşən binanın mənzillərindən birində baş verib.
Faktla bağlı cinayət işi açılıb.
1 şərh
Muchas gracias. ?Como puedo iniciar sesion?