“Zombi Ancelina” hamını aldadıbmış: Efirdə etiraf etdi – FOTO

Sosial mediada “Zombi Ancelina” və ya “Ölü gəlin” kimi tanınan iranlı fenomen Səhər Təbər həbsdən çıxandan sonra yerli televiziyalardan birinə müsahibə verib. 

14 ay həbsdə olan gənc qadın efirdə diqqətçəkən etiraflar edib.

Heyran olduğu Hollivud ulduzu Ancelina Coliyə bənzəmək üçün 40 kilo arıqladığını və 50 dəfə estetik əməliyyat etdirdiyini bildirən, sonda görünüşü ilə bütün dünyanın diqqətini çəkən Təbər hamını aldatdığını söyləyib:

“Heç vaxt plastik əməliyyat etdirməmişəm”.

Yalan danışmağına isə uşaqlıqdan məşhur olmaq istəyini səbəb gətirib.  

O bildirib ki, sosial mediada yayılan görüntüləri montaj bacarığı sayəsində yaradıb:

“Instagramda” gördüklərinizin hamısı kompüter effektləri idi”.

Təbər bildirib ki, daha məşhur olmaq istəmir və sosial medianı tamamilə həyatından çıxarıb:

“Nəinki özüm üçün şəxsi səhifə açacağam, heç telefonuma “Instagram” yükləməyəcəyəm”.

Xatırladaq ki, əsl adı Fatimə Xişvənd olan 22 yaşlı məşhur əxlaqsızlığa və korrupsiyaya təhrik etməkdə ittiham edilib və o, 2019-cu ildə həbs olunub.

Related posts

ABŞ-da adamyeyənlik: Yoldan keçənə hücum edərək onun gözünü və qulağını yedi – FOTO

Ukraynanın səmasında daha bir işıq saçan müəmmalı obyekt görünüb – VİDEO

300 il öncə batmış şəhər yenidən göründü – FOTO