Londonda fəallar avtosalonları görün nə hala saldılar (Video izlə)

Yeni neft və qaz yataqlarının işlənməsinə qarşı çıxan “Just Stop Oil” ətraf mühit fəalları Böyük Britaniyanın paytaxtı Londonun mərkəzindəki bir sıra avtosalonları boyayıblar.

“Bentley”, “Bugatti” və “Ferrari” dilerlərinin binaları “narıncı zərbə altında” qalıb. Etirazçılar Böyük Britaniyanın 2025-ci ildə 46 yataqda neft və qaz hasilatına başlamaq planına etiraz ediblər.

Oxşar etirazlar bir aya yaxındır ki, davam edir.

Xatırladaq ki, bundan əvvəl Londonda lobbi qrupunun qərargahı üzərinə boya tökülüb, Madam Tüsso muzeyində III Karlın mum fiqurunun şokoladlı tort, Vinsent van Qoqun “Günəbaxanlar” tablosunun üzərinə isə pomidor şorbası atılıb.

Related posts

ABŞ-da adamyeyənlik: Yoldan keçənə hücum edərək onun gözünü və qulağını yedi – FOTO

Ukraynanın səmasında daha bir işıq saçan müəmmalı obyekt görünüb – VİDEO

300 il öncə batmış şəhər yenidən göründü – FOTO