Ziyad ən-Nəxalə: Düşmənin cəsarəti olsaydı, Qəzzaya hücum edərdi

Qafqaztimes xəbər verir ki, Fələstin İslami Cihad Hərəkatının baş katibi Ziyad ən-Nəxalə çərşənbə günü bir sıra ərəb partiyaları və şəxsiyyətləri ilə görüşmüşdür.

“Palestine Today” xəbər saytının verdiyi məlumata görə, İslami Cihad hərəkatının baş katibi görüş zamanı “Qüds Qılıncı” döyüşündə əldə olunan işğalçı İsrail ordusu üzərindəki müqavimətin zəfərinin qarşısını almaq üçün çox səylər göstərildiyini söyləyib.

Ziyad ən-Nəxalə müqavimətin kifayət qədər təcrübəyə malik olduğunu və qazanılan nailiyyətləri boğmağa yönəlmiş hər bir addımın qarşısında dayanmağa hazır olduğunu əlavə edib.

Daha sonra o, Fələstin xalqının “Qüds Qılıncı” döyüşündə böyük bir dönüş yaratdığına diqqət çəkərək deyib: “Fələstin xalqına müqaviməti davam etdirmək üçün güc verəcək bir milli proqram quracağımıza ümid edirik.”

İslami Cihadın baş katibi həmçinin sionistlərin müqavimətin imkanlarından qorxmasına işarə edərək belə əlavə edib: “Düşmən rejimi “Qüds Qılıncı” döyüşündə tamamilə təhlükə altında olduğunu hiss etdi. Onlar İşğal olunmuş ərazilərin hamısını əhatə edən müqavimət raketlərinin şahidi oldular. Düşmənin kifayət qədər cəsarəti olsaydı, mühasirədə olan Qəzzaya hücum edərdi. Qəzza öz oğulları və döyüşçüləri ilə onlara qarşı bir möhkəm qala kimi idi.”

Related posts

İran: Müsəlman ölkələrinin Qəzzə müharibəsindəki mövqeyi tarixə yazılır

Qəzzada kütləvi məzarlıqlar…

Azərbaycan və İran generallarının görüşü baş tutub – FOTO