İraqın Səqlaviyə şəhərində ABŞ konvoyuna hücum

Qafqaztimes xəbər verir ki, İraq KİV-lərinin verdiyi məlumata görə, çərşənbə günü ABŞ-a məxsus bir hərbi logistika karvanı, İraqın Əl-Ənbar vilayətinin Səqlaviyə bölgəsində yol kənarında quraşdırılan bomba vasitəsilə hədəfə alınıb.

Bu hücumda EFP bombalarından istifadə edilib. Nəticədə iki ABŞ hərbi avtomobilinə zərər dəyib.

Bu Amerika karvanı Səqlaviyə ərazisindən keçərək Əl-Ənbar vilayətindəki Eynul-Əsəd hərbi bazasına doğru hərəkət edirmiş.

Qeyd edək ki, İraq parlamentində xarici əsgərlərin İraqdan çıxarılması ilə bağlı qanunun qəbul edilməsindən və ABŞ-ın bu qanunun icrasındakı səhlənkarlığından sonra müxtəlif İraq müqavimət qrupları ABŞ qüvvələrini hədəfə alacaqlarını açıqlamışlar.

Bu hədəflə, çərşənbə axşamı Bağdad Beynəlxalq Hava Limanının hərbi hissəsində, ABŞ hərbiçilərinin yerləşdiyi ərazidə daha bir ABŞ konvoyu hədəfə alınmışdır. Digər bir maddi-texniki karvan isə Bağdadın cənubundakı Əl-Lətifə bölgəsində partladılmışdır.

Related posts

Qəzzada kütləvi məzarlıqlar…

Azərbaycan və İran generallarının görüşü baş tutub – FOTO

ABŞ beynəlxalq məhkəməni hədələyir!