Zelenski İsrailə ümid etdiyini dedi

Ukrayna prezidenti sionsit rejim rəsmilərindən ibarət heyətlə görüşdə Tel-Əvivin Kiyevə hərbi dəstək verilməsi barədə siyasətlərinin dəyişəcəyinə ümid etdiyini bildirib.

İSNA-nın məlumatına əsasən, Vladimir Zelenski bu gün (21 fevral) Knesst üzvləri Yuli Edelşteyn və Zeo Elkini Kiyevdə qəbul edib.

V.Zelenski İsrail parlament üzvləri ilə görüşdə Tel-Əvivin Ukrayna barədə son müsbət mövqelərindən çox şad olduğunu deyərək verilən sözlərin həyata keçəcəyinə ümidvarlıq edib.

Zelenski həmçinin deyib: Mən hərbi yardımların xəbərdarlıq sistemi ilə bitməyəcəyini, drondan qorunma və müxtəlif çeşidli müdafiə sistemlərinin də göndəriləcəyini gözləyirəm.

Yuli Edelşteyn bu görüşdən əvvəl Ukrayna müdafiə naziri Oleksey Zernyakovla da görüşüb. İsrailli rəsmilər görüşdən sonra birgə bəyanat da yayımlayıblar.

Bəyanatda deyilir: İsrail zülmkarcasına təcavüzkarlıqla mübarizənin nə olduğunu, silahla özünümüdafiənin hansı məna daşıdığını lap yaxşı bildiyi üçün Rusiya-Ukrayna müharibəsinin indiki şəraitinə laqey qala bilməz.

Sionist rəsmilər həmçinin Ukraynaya yardımların təkcə humanitar olmayacağı, bununla kifayətlənməyəcəklərini də vurğulayıblar.

Related posts

Smotriç Netanyahu və digər Gallantın istefasını tələb edir

Sionist rejim Livanın cənubuna artilleriya hücumu edib

Həmas: Sionist rejimin məhvi qətidir