Şübhəli mesajlar anormal insanları qıcıqlandırır

Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə silahlı hücumun ardınca Tehran şəhər Baş Prokurorluğu cinayət işləri üzrə hakimi Məhəmməd Şəhriyarı hadisədən dərhal sonra cinayət baş verən yerdə verdiy ilkin nəticəni elan edərək deyib: Azərbaycan Respublikasının İrandakı səfirliyində baş vermiş bu hadisə tamamilə şəxsi məqsədlərə görə olub.

Nur News agentliyi isə bu xüsusda bir tweet paylaşaraq deyib: Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə hücum edən şəxsə onun ailəsinin səfirlikdə olması haqda mesajı ruhi cəhətdən anormal adamı qıcıqlandırıb. Axı nə üçün rəsmi Bakı vətəndaşlarının cinayətə səbəb ola biləcək şübhəli rəftarları barədə araşdırma aparmır?

Xatırladaq ki, yanvarın 27-də Azərbaycanın İran paytaxtındakı səfirliyinə hücum nəticəsində mühafizə xidmətinin bir əməkdaşı öldürülüb, daha iki nəfər xəsarət alıb. Bu hadisədən sonra Azərbaycan Respublikası Tehrandakı səfirliyinin fəaliyyətini dayandıraraq bütün diplomatlarını Bakıya geri çağırıb.

Related posts

BMT-nin nizamnaməsini cırdılar!

Sionist səfir “BMT Nizamnaməsini” parçaladı – VİDEO

Yəhudilər Qəzzada döyüşdən qaçır…