Yüzlərlə miqrant yük maşınında ölümə tərk edildi (Video izlə)

Meksikada magistral yolda yüzlərlə miqrantın olduğu qapalı treyler tapılıb.

Ölkəyə qeyri-qanuni yolla daxil olmuş şəxsləri tam qapalı yük maşınından yerli sakinlər xilas ediblər.

Onlar hava çatışmazlığından avtomobilin damını sındırmağa çalışan miqrantların səs-küyünə gəliblər.

Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları və miqrasiya xidmətinin nümayəndələri 93 miqranta yardım göstəriblər, onlardan 12-si xəstəxanaya yerləşdirilib.

Related posts

“Google” rəsmi proqramlarla bağlı yenilik etdi

Qonşu ölkədə 2000 il yaşı olan insan qalıqları tapılıb – VİDEO

Çin ikinəfərlik uçan avtomobilin satış tarixini açıqladı – VİDEO