Hizbullah: İslam İnqilabının sayəsində sionistlərdən qorxmağın mənası yoxdur

QafqazTimes xəbər verir ki, Livan Hizbullah hərəkatının siyasi şurasının rəhbəri İbrahim Əmin Əl-Seyyid cümə axşamı vurğulayıb ki, bu hərəkat fərdi haldan qrup halına çevrildiyi üçün ideal vəziyyətdədir.

Hizbullahın addımlarının bir qrup şəklində olduğunu və bu səbəbdən bölgədə bir nümunəyə çevrildiyini bildirən Əl-Seyyid, Hizbullah liderlərinin fədakarlıq üçün ön cəbhədə olduqlarını, iman, səmimiyyət, saflıq və ləyaqətlə düşmənlərlə qarşı-qarşıya qala biləcəklərini deyib.

İranda inqilabın qələbəsinin fikri, ruhi və mənəvi dəyişikliklərə səbəb olduğunu bildirən bu Hizbullah rəsmisi deyib: “İnqilab ümid mənbəyi oldu və sionistlərin hücumundan qorxunu mənasız etdi.”

O, sionist rejimi region üçün böyük bir problem kimi xarakterizə edərək vurğulayıb: “Bu gün dünya ciddi dəyişikliklərin şahididir. Bəzi ölkələr və cəmiyyətlər böyüməkdə, bəziləri isə zəifləməkdədir. Livan da müqavimətin sayəsində önəmli ölkələr sırasındadır.”

Related posts

Qəzzada kütləvi məzarlıqlar…

Azərbaycan və İran generallarının görüşü baş tutub – FOTO

ABŞ beynəlxalq məhkəməni hədələyir!