Yola “qoçuluq” etməyə çıxan sürücü belə saxlanıldı (Video izlə)

Bakı-Sumqayıt yolunda taksi sürücüsünün etdiyi hərəkət avtomobildəki kameraya düşüb. Uber şirkətinə məxsus 77-DG-593 qeydiyyat nişanlı “Toyota Prius” markalı avtomobilin sürücüsü iyunun 7-də üzü Sumqayıt istiqamətində hərəkət edən zaman yolun sol zolağını zəbt edərək arxadan gələn sürücülərin yolunu kəsib. Görüntünü qeydə alan sürücü işıq və səs siqnallarından istifadə edərək ondan yol istəsə də, həmin sürücü buna əhəmiyyət vermədən hərəkətini sol zolaqla davam etdirib. Bu azmış kimi qəfil manevr etməklə ondan yol istəyən sürücüyə qərəzli hərəkətlər də nümayiş etdirib. 
Sürücünün hərəkətlərini müşahidə edən 99-YP-776 qeydiyyat nişanlı YPX avtomobilindəki əməkdaşlar bir az qarşıda onu dayandıraraq inzibati məsuliyyətə cəlb edib.

Related posts

Mingəçevirdə qorxulu hadisə: Bıçaqla camaatın üstünə cuman şəxs kimdir? – VİDEO

Kriminal “Cümü”yə 18 il həbs verildi – FOTO

Azərbaycanda dəhşətli hadisə: Meyiti yük maşınına qoydular – FOTO/VİDEO