Ələt-Astara yolunda ağır qəza: 20-dən çox yaralı var

Ələt-Astara yolunun Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisindən keçən hissəsində ağır yol qəzasında fəhlələri daşıyan mikroavtobus, “Mercedes” və “Hyundai” markalı minik avtomobilləri toqquşub.

Zərbənin təsirindən “Hundai” markalı avtomobil yolun kənarına aşıb.

yaralı sayı 21-ə çatıb.

Cəlilabad rayon mərkəzi xəstəxanasına 7, Masallı rayon mərkəzi xəstəxanasına isə 14 yaralı gətirilib. 

Yaralılara ilkin tibbi yardım göstərilir. 

Hazırda onların şəxsiyyəti müəyyən olunur. Məlumata görə, yaralıların çoxu mikroavtobusda olan fəhlələrdir. Onların çiyələk sahəsindən getdikləri zaman qəzanın baş verdiyi bildirilir. 

Faktla bağlı araşdırmalar davam etdirilir.

Related posts

Bakıda sürücüdən inanılmaz manevr: Araşdırmalara başlanıldı – ANBAAN VİDEO

Sürətlə gəldi, üç avtomobili əzib ağaca çırpıldı – ANBAAN VİDEO

Azərbaycan nümayəndələri Britaniya kralına bahalı hədiyyələr verib – FOTO/VİDEO