Yenə yəhudi lətifəsi…

QafqazTimes.com Lentainfom-a istinadən xəbər verir: Rusiyanın tanınmış teleaparıcısı Vladimir Solovyov ABŞ dövlət katibi Vendi Şermanın Ukrayna barədə qalmaqallı bəyanatına yəhudi anekdotu ilə cavab verib. Şerman demişdi ki, Ukraynanı ukrayna xalqının istəmədiyi dəyişikliklərə məcbur etməyin!!

Solovyov deyib: Amerika məmurları yaxşı bilirlər ki, Ukrayna xalqı nə istəyir. Ümumiyyətlə amerikalılar çoxdan və daha yaxşı bilirlər ki, hansı xalq nə istəyir!

Solovyov Şermanın sözlərinin klassik yəhudi anekdotunu xatırlatdığını bildirib. Anekdotda deyilir: Moyşa həyətdə gəziyi vaxt anası pəncərədən onu evə çağırır. Moyşa soruşur ki, ana, mən donuran? Anası deyir: Yox, Moyşa, sən acmısan!!

Solovyov Ukrayna xalqına tövsiyə edib ki, Əfqanıstan, Liviya, İrak, Suriya, Serbiya xalqlarından amerikalıların xəyanəti barədə öyrənsinlər. Solovyov amerikalıların əksərinin psixi problem yaşadığını və belə bir şəraitdə Şermanın sözlərinin təəccüblü olmadığını dilə gətirib.

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur

Demo+terror+kratiya