Avropa Türkiyə-Ermənistan dialoqunu alqışlayır

Avropa İttifaqı münasibətlərin normallaşdırılması üçün Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin Moskvada keçirilən ilk görüşünü alqışlayıb.

APA-nın məlumatına görə, Avropa diplomatiyasının rəhbəri Piter Stanonun mətbuat katibinin bəyanatında deyilir ki, Aİ İrəvan və Ankaranın münasibətlərin normallaşdırılması və xüsusi elçilərin təyin edilməsi üzərində işləməyə hazır olmasını alqışlayır.

“Xüsusi nümayəndələrin bu cümə günü keçirilən ilk görüşü irəliyə doğru atılmış mühüm addım idi və Avropa İttifaqı Türkiyə və Ermənistanı bu istiqamətdə daha çox səy göstərməyə təşviq edir”, – Stano bəyanatında bildirib.

Münasibətləri normallaşdırmaq üçün gələcək konkret addımlar regional sabitlik, barışıq və iqtisadi inkişaf perspektivləri üçün “yaxşı xəbər” olardı, deyə o bildirib. Brüssel hesab edir ki, Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşması Aİ üçün onun hər iki ölkə ilə qarşılıqlı fəaliyyəti baxımından əsas əhəmiyyət kəsb edir. Qeyd olunur ki, 2014-cü ildən Aİ iqtisadiyyat, mədəniyyət və təhsil kimi bir sıra sahələrdə münasibətlərin normallaşması üçün zəmin hazırlamağa yönəlmiş layihələrə 4,5 milyon avrodan çox vəsait ayırıb.

Related posts

Amerika yəhudiləri Netanyahunu biabır etdi

ABŞ-ın 16 ştatında keçiriliən Fələstinə dəstək nümayişində yüzlərlə amerikalı tələbə həbs edilib

Yəmən: Amerika və İsrail gəmilərini vurduq