ABŞ: İranın Trampa qarşı təhdidlərini ciddi qəbul edirik

QafqazTimes xəbər verir ki, Newsweek-in məlumatına görə İranın ən məşhur hərbi rəsmisinin terror edilməsindən iki il sonra ABŞ Məxfi Xidməti agentliyi regionu şoka salan bu addıma göstəriş verən ABŞ-ın keçmiş prezidenti Donald Trampa qarşı intiqam təhdidlərini kontrol etməyə davam edir.

Newsweek bildirir ki, ABŞ Məxfi Xidmət Agentliyinin sözçüsü Castin Velan öz müsahibəsində deyib ki, ABŞ Məxfi Xidmət orqanı təhlükəsizliyini təmin etdiyi bütün fərdlərə qarşı olan hər bir təhdidi ciddi qəbul edir. Lakin protokola əsasən, o, mümkün təhlükələrin araşdırılması prosesi barədə ətraflı məlumat verməyib.

Velan əlavə edib ki, əməliyyatın təhlükəsizliyini qorumaq üçün məxfi xidmət orqanı təhlükəsizlik əməliyyatlarının həyata keçirilməsi üçün istifadə olunan vasitə və üsullardan və ya şəxslərin müdafiəsi ilə bağlı məlumatlardan danışmır.

Sabiq prezident Donald Trampın göstərişi ilə terror hücumunda İslam İnqilabı Keşikçiləri Qvardiyasının Qüds Qüvvələrinin komandanı, general Hacı Qasim Süleymaninin şəhid olmasının ikinci ildönümündə İranın qisas almaq təhdidlərinin artması ABŞ-ın hökumət və təhlükəsizlik rəsmiləri arasında ciddi narahatçılıqlara və qorxuya səbəb olub.

Related posts

Rusiya Qəzzədəki kütləvi məzarlıqlar barədə araşdırma tələb edir

Kolumbiya prezidenti: Mayın 2-də İsraillə diplomatik əlaqələri kəsəcəyik

İraq müqaviməti işğal olunmuş Cövlan yüksəkliklərinə hücum etdi