ABŞ Yəmənə xüsusi təyinatlılar göndərib

QafqazTimes xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin adı açıqlanmayan rəsmisi Əl-Hurra telekanalına bildirib ki, Birləşmiş Ştatların Yəməndə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyaya dəstək verən xüsusi qüvvələri vardır.

O, təhlükəsizlik baxımından əlavə təfərrüatları açıqlamayıb.

Londonda yerləşən Səba Demokratiya və İnsan Haqları Mərkəzinin rəhbəri bu xəbərə cavab olaraq yazıb: “ABŞ öz qoşunları vasitəsilə birbaşa Yəməndə fəaliyyət göstərir və Yəmən xalqına qarşı müharibədə muzdluları dəstəkləyir.”

Bundan əvvəl Livanın “Əl-Əxbar” qəzetinin saytı Yəmənin Marib cəbhəsində Səudiyyə muzdlularının dəfələrlə məğlubiyyətindən sonra ABŞ-ın Ər-Riyadı xilas etmək üçün öz rolunu gücləndirməyə çalışdığını bildirmişdi.

Səna qüvvələrinin Marib vilayətinin cənubundakı altı şəhəri nəzarətə götürməsindən sonra Səudiyyə Ərəbistanı, ABŞ və İngiltərənin bu əyalətin paytaxtının süqut edə biləcəyi ilə bağlı narahatlıqları artıb. Marib əyalətinin paytaxtının süqutu ilə cənub əyalətlərində bu ölkələrin maraqlarını müdafiə edən cəbhə xətti ciddi təhlükə qarşısında qalacaq. Vaşinqton Yəmənin devrilmiş prezidenti Əbdu Rəbbuh Mənsur Hadinin Maribdə baş verən ardıcıl məğlubiyyətlərinə son qoymağa çalışır, çünki bu prosesin davam etməsi qondarma “Yəmənin qanuni hökumətinə” ciddi zərbə vura bilər.

Related posts

Azərbaycan və İran generallarının görüşü baş tutub – FOTO

ABŞ beynəlxalq məhkəməni hədələyir!

Yəhudilər qaçır!