Yeddinci Beynəlxalq Ərbəin Festivalı

İmam Hüseyn (əleyhissəlam) aşiqlərinin nəzərinə çatdırırıq ki, Yeddinci Beynəlxalq Ərbəin Festivalı keçirilir.

Tarix: 17 oktyabr 2021

Bu festivalda bir neçə bölmə mövcuddur:

Foto bölməsi

Bu bölmədə hər kəs 3- 5 foto göndərə bilər. Fotolar jpeg formatında 4 santimetr ölçüsündə olmalıdır. Fayllar poçt vasitəsilə göndərilməlidir. Fayllarla birgə göndərən şəxsin şəxsi məlumatları və faylın adı da qeyd olunmalıdır. Fotolar ərbəin mərasimində son iki ildə çəkilmiş olmalıdır. Festival təşkilatçısı şəkilləri çap etdirmək və sərgi keçirmək hüququna malikdir.

Video bölməsi

Bu bömədə qısa videolar, sənədli, yaxud İmam Hüseyn (ə) ziyarətindən xatirə videolar, ərbəin yürüşü haqqında ola bilər. Fayllar kamera və mobil telefonla çəkilə bilər. Videolar DVD formatında olmalı və videonun çəkildiyi səhnələrdən 3 ədəd foto da olmalıdır. Videolara dəyə biləcək zərər barədə təşkilat komitəsi məsuliyyət daşımır. Videonu göndərənin şəxsi məlumatları da video ilə birlikdə göndərilməlidir. Video fayllar DVCAM, HD, HDV, FULL HD formatında göndərilməlidir.

Kitab bölməsi

Bu bölmədə Ərbəin mövzusunda (əxlaq, tarix, rical, Quran elmləri, şeir, kiçik hekayə, mədəniyyət və islam sivilizasiyası, böyüklər və uşaqlar üçün roman, sənədli və s..) olan kitablar göndərilə bilər. Bu bölmədə son iki ildə yazılan və ya tərcümə edilən kitablar ola bilər. Dil məhdudiyyəti nəzərdə tutulmayıb. Ərəb, ingilis, fars dillərindən başqa türk, fransız, ispan və alman dillərində olan əsərlər də dəyərləndiriləcəkdir. Kitablar mövzu ilə əlaqəli olmalıdır.

Sosial media bölməsi

Bu bölmədə iştirak hamı üçün azaddır. Bu bölmə facebook və instegram səhifələrində keçirilir. Mövzu: Ərbəində İmam Hüseynə (ə) olan sevginin əks olunması. Ərəb, fars, ingilis, dillərindən əlavə  ispan, fransız, alman və türk dilləri də nəzərdə tutulub. Səhifələr PUBLİC də yayımlanmalıdır. Ən azı 20 post və 500 izləyiciyə malik olmalıdır və ən azı 50 ədəd (mənfi ya müsbət) rəy yazılmalıdır.

Səfərnamə bölməsi

Bu bölmədə hər kəs özünün ərbəin yürüşü, hekayələr, ziyarət qaydaları barədə yaza bilər. Hər kəs ancaq bir səfərnamə göndərə bilər. Səfərnamə 20 sətrdən az olmayaraq və 10 səhifədən çox olmamalıdır. Səfərnamə bu ünvana göndərilməlidir: www.intlarbaeen.com

Səfərnamələr ərəb, ingilis, türk, Azərbaycan, rus, xorvat, serb, bosniya, fransız, alman, sipan və italyan dillərində ola bilər.

Qeyd edək ki, bir şəxs bir neçə bölmədə iştirak edə bilər.

Related posts

Qəzzada kütləvi məzarlıqlar…

Azərbaycan və İran generallarının görüşü baş tutub – FOTO

ABŞ beynəlxalq məhkəməni hədələyir!