ABŞ -ın şimal-şərqindəki güclü yağışlar və daşqınlar 40-dan çox insanın həyatına son qoydu

Qafqaztimes “The Guardian” qəzetinə istinadən xəbər verir ki, ölüm və xəsarətlə nəticələnən daşqınlar Nyu York, Nyu Cersi, Pensilvania, Konnektikut və Merilendin böyük ərazilərini əhatə edir.

Nyu Cersi valisi, bir gün davam edən xilasetmə işlərindən, nəqliyyat və elektrik enerjisindəki fasilələrdən sonra deyib: “Nyu Cersi ştatında ən azı 23 nəfər həyatını itirib.”

O, belə əlavə edib: “Bu ölənlərin çoxu daşqınlar səbəbiylə şəxsi avtomobilində suda qərq olan şəxslərdir.”

Nyu-York şəhərində polis ən az 13 adamın öldüyünü bildirir. Onlardan iki nəfəri avtomobildə, 11 nəfər isə ölkənin ən bahalı mənzil bazarlarından birində yerləşən və nisbətən ucuzlər evlər hesab edilən zirzəmi mənzillərdə öz həyatını itirmişdir.

Related posts

Azərbaycan və İran generallarının görüşü baş tutub – FOTO

ABŞ beynəlxalq məhkəməni hədələyir!

Yəhudilər qaçır!