Yaponiya infeksiya səbəbindən ABŞ peyvəndinin vurulmasını dayandırdı

Qafqaztimes xəbər verir ki, BBC-nin məlumatına görə, Yaponiya infeksiya səbəbiylə, ABŞ peyvəndi olan “Moderna”-nın təxminən 1,63 milyon dozasının enjeksiyonunu dayandırıb. Yaponiya Səhiyyə Nazirliyi Təxminən 560.000 flakondan ibarət olan bir partiyanın bəzi dozalarında “naməlum maddələr” aşkar edildiyini bildirib.

Peyvəndin Yaponiyada yayılmasını təmin edən “Takeda” əczaçılıq şirkəti, ehtiyat tədbirləri səbəbiylə bu peyvəndin üç partiyasının istifadəsini müvəqqəti olaraq dayandırdığını söyləyib.

“Takeda” peyvəndin İspaniyada istehsal edildiyi zaman bu problemin meydana gəldiyini söyləmiş, ancaq təfərrüatını açıqlamamışdır.

“Bu günə qədər bu peyvəndin təhlükəsizliyi və effektivliyi ilə bağlı heç bir problem müəyyən edilməmişdir”, deyən “Moderna” şirkəti əlavə araşdırmalar aparmaq üçün Takeda ilə əməkdaşlıq edəcəyini söyləyib.

Hələ ki bu “naməlum hissəciklərin” nə olduğu ilə bağlı heç bir detal açıqlanmayıb. Lakin “Takeda” şirkəti bunun üzərində dərhal araşdirmalar aparıldığını qeyd etmişdir.

Japan Times qəzetinin yazdığına görə, yeddi peyvənd mərkəzindən də bu peyvəndlərdə infeksiya aşkar edildiyi məlumat verilib.

Related posts

ABŞ beynəlxalq məhkəməni hədələyir!

Yəhudilər qaçır!

Qəzza…