Lavrov: Avropa Birliyi Əfqanıstanın taleyini deyil, siyasi maraqlarını düşünür

Qafqaztimes xəbər verir ki, Russia Today- in məlumatına görə Rusiyanın xarici işlər naziri Sergey Lavrov, çərşənbə axşamı bir mətbuat konfransında Avropa Birliyinin Əfqanıstanda baş verənlərə soyuqqanlı yanaşmasını tənqid edib.

Lavrov, Qərbin Rusiya və Çinə Əfqanıstandakı güc boşluğundan istifadə edərək ölkədəki vəziyyəti nəzarət altına almasına icazə verməməsinin lazım olduğunu vurğulayan Cozef Borrelin sözlərinə cavab olaraq deyib: “AB rəsmilərinin Əfqanıstandakı humanitar vəziyyətlə maraqlanmadıqlarını söyləmələri təəssüf doğurur. Avropa Birliyi siyasət oyununa qapılıb və Əfqanıstan xalqının taleyi onları maraqlandırmır.”

O, belə əlavə edib: “AB -nin xarici siyasət rəhbəri belə düşünürsə, belə bir fəlsəfəni dinləməli və əslində dəstəkləməli olan üzv dövlətlərə yazığım gəlir. Cənab Borrell Əfqanıstan xalqına ən qısa zamanda ölkələrində sabitlik yaratmaları üçün kömək etməli olduğumuzu düşünmür.”

Related posts

Azərbaycan və İran generallarının görüşü baş tutub – FOTO

ABŞ beynəlxalq məhkəməni hədələyir!

Yəhudilər qaçır!