Yair Lapid Ərdoğanla telefon danışığı aparıb

QafqazTimes xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bazar günü axşam sionist rejimin müvəqqəti baş naziri Yair Lapid ilə telefon danışığı aparıb.

Bu barədə Türkiyə prezident ofisi açıqlamasında bildirib: “Lapid Qurban bayramını təbrik etmək üçün Ərdoğana zəng edib. Bu telefon danışığı zamanı həmçinin Türkiyənin İsraillə əlaqələri və regional məsələlər də müzakirə edilib.”

Bu açıqlamaya əsasən, Ərdoğan Lapidi cinayətkar sionist rejimin baş naziri vəzifəsini tutması münasibətilə təbrik edərək, qarşıdan gələn seçkilərdə bütün sionistlər üçün “uğurlar” arzulayıb.

Türkiyə prezident aparatının məlumatına görə, Ərdoğan həmçinin bəyan edib: “Türkiyə ümid edir ki, Məscidül-Əqsanın statusunun qorunması və yeni qəsəbələrin tikilişinə razılıq verilməməsi kimi siyasətlər seçkilərə qədər davam edəcəkdir.”

Sionist rejimin baş nazirliyi də bu telefon danışığı ilə bağlı bəyanat yayaraq deyib: “Lapid Ərdoğanla telefonla danışıb. O, (Ərdoğan) Lapidi yeni vəzifəsi münasibətilə təbrik edib və ona uğurlar arzulayıb. Türkiyə prezidenti həmçinin baş naziri Ankaraya çox uğurlu səfəri münasibətilə təbrik edib.”

Bu açıqlamada həmçinin bildirilib: “Lapid Türkiyədə israillilərə qarşı terror hücumlarının qarşısının alınmasında əməkdaşlığa görə Ərdoğana təşəkkür edib. Hər iki tərəfin liderləri İsrail-Türkiyə münasibətlərinin Yaxın Şərqdə təhlükəsizlik, iqtisadiyyat və sabitlik üçün çox vacib olduğunu vurğulayıblar.”

Related posts

İsrail Həmasa təklif paketinin mətnini dərc edib

İran: Müsəlman ölkələrinin Qəzzə müharibəsindəki mövqeyi tarixə yazılır

Qəzzada kütləvi məzarlıqlar…