Ukrayna: “Dəmir Günbəz” bizim üçün yararsızdır

QafqazTimes xəbər verir ki, Ukraynanın müdafiə naziri bir media şirkəti və Amerikanın “Forbes” jurnalının ev sahibliyi etdiyi konfransda çıxışı zamanı sionist rejimin “Dəmir Günbəz” sistemini yararsız adlandırıb.

“Yahoo News”un məlumatına görə, Ukraynanın müdafiə naziri Aleksey Reznikov hesab edir ki, Ukrayna səması 100% təhlükəsiz olmasa da qismən təhlükəsizliyə malikdir. Ukraynanın özünəməxsus müdafiə sisteminə ehtiyacı vardır və “Dəmir günbəz”ə ehtiyac yoxdur.

Reznikov bu konfransda Dəmir Günbəzin Ukrayna üçün səmərəsiz olduğunu izah edib.

Ukraynanın müdafiə naziri bu ölkənin öz hava və raket əleyhinə müdafiə sisteminin yaradılmasının zəruri olduğunu da vurğulayıb.

O, deyib: “Biz öz səmasını yaxşı qoruyan İsrailin bu nümunəsini tanıyırıq. Biz hamımız Dəmir Günbəzin adını bilirik, lakin o, da 100% qorumanı təmin etmir. Mən İsrailə getmişəm, onların istehsalçıları və dövlət şirkətləri ilə söhbətlər aparmışam.”

Aleksey Reznikov sözünə belə davam edib: “Dəmir günbəz əsasən aşağı sürətli, alçaq hündürlükdə olan raketlərdən qorunmaq üçün nəzərdə tutulub. Bu sistem qanadlı və ballistik raketlərdən qorumur. Bundan əlavə İsrailin özündə inkişaf etdirilən və Çexiya və ABŞ-da mövcud olan başqa bir hava hücumundan müdafiə sistemləri də vardır. Ona görə də biz ya öz hava və raket əleyhinə müdafiə sistemimizi inkişaf etdirməliyik və ya bu sistemlərdən birini tərəfdaşlarımızdan almalıyıq.”

Ukraynanın müdafiə naziri Aleksey Reznikov “Wall Street Journal” jurnalına müsahibəsində ölkə ordusunun döyüş sursatlarının sıradan çıxması və kəskin şəkildə azalması barədə məlumat verib.

Related posts

Qəzzada kütləvi məzarlıqlar…

Azərbaycan və İran generallarının görüşü baş tutub – FOTO

Bayden: Universitet antisemitizm məkanı deyil