Yəmənlilər Səudiyyə koalisiyasının son cinayətlərinə etiraz olaraq yürüş keçiriblər

QafqazTimes xəbər verir ki, Səna və Səda, Əl-Hüdeydə və Yəmənin bir sıra digər şəhərlərinin əhalisi dünən Səudiyyə koalisiyasının cinayətlərini pisləmək üçün yürüş keçirib.

Əyalət rəsmilərinin də iştirak etdiyi aksiyada Yəmən vətəndaşları ABŞ-Səudiyyə-BƏƏ koalisiyasının amansız hücumlarına qarşı mübarizə aparmaq üçün Yəmən ordusu və xalq komitələrinə dəstəklərini vurğulayıblar.

Onlar Yəmənin azad xalqının təcavüzkarların hücumlarından qorxmadıqlarını və hücuma hücumla cavab verəcəklərini vurğulayan şüarlar səsləndiriblər.

Yürüşlərdə iştirak edənlər də övladlarını döyüş meydanlarına göndərmək üçün ümumi səfərbərlik elan ediblər və silahlı qüvvələrə canları və malları ilə dəstəyin davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Yəmən rəsmiləri həmçinin vurğulayıblar: Amerikalılar və şər və terror koalisiyası bu gün Yəmən xalqının küçələrdə verdiyi bu mesajını anlamalıdırlar, çünki Yəmən xalqının övladlarının əzmi və iradəsi təcavüz və mühasirə ilə aradan getməyəcəkdir.

Related posts

Qəzza…

Dünyanı kim qarışdırır?

Qərbdə Həmasa dəstək