“Səda” həbsxanasına hücumun qurbanlarının son statistikası: 87 ölü, 266 yaralı

QafqazTimes xəbər verir ki, Əl-Məsirə telekanalının məlumatına görə, Yəmənin səhiyyə naziri Taha Mütəvəkkil şənbə günü Səudiyyə təcavüzkar koalisiyasının Səda mərkəzi həbsxanasına hücumu nəticəsində həlak olanların son statistikasını açıqlayıb.

Məlumata görə, Yəmənin səhiyyə naziri Səudiyyə koalisiyasının Səda mərkəzi həbsxanasına hərbi təcavüzündən sonra indiyədək 87 nəfərin öldüyünü, 266 nəfərin isə yaralandığını açıqlayıb. Onun sözlərinə görə, ölənlərin sayı artmaqda davam edir.

Yəmən rəsmisi davam edib: “Biz dost ölkələrlə yanaşı, beynəlxalq təşkilatları da dağıntılar altından həlak olanların cəsədlərini çıxarmaqda və yaralılara tibbi yardım göstərməkdə bizə kömək etməyə çağırırıq.”

Dünən Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın Səda mərkəzi həbsxanasına qarşı hərbi təcavüzü qınaq dalğasına səbəb olub. Bununla bağlı Yəmənin Ali Siyasi Şurası Səudiyyə koalisiyasına qarşı kəskin bəyanat yayıb.

Şura bəyanatında Səudiyyə Ərəbistanının Əl-Hudeydə və Sədadakı vəhşiliklərini kəskin şəkildə pisləyib. Yəmənin Ali Siyasi Şurasının bəyanatında deyilir: “Səudiyyənin Səda və Əl-Hüdeydədəki cinayətləri cəzasız qalmayacaq. Bəyanatda həmçinin bildirilib ki, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri ABŞ və sionist rejimin çirkin alətləridirlər.

Yəmənin Ali Siyasi Şurası Səudiyyə Ərəbistanı və BƏƏ-yə müraciət edərək belə qeyd edib: “Siz döyüş meydanında Yəmən qüvvələri ilə qarşılaşmaqdan qorxursunuz. Siz sadəcə qətl törətməyi bacaran cinayətkarsınız. Yəmən ordusu və xalq komitələri sizə sərt cavab verəcəklər!”

Related posts

Yəhudilər Qəzzada döyüşdən qaçır…

Şahin Mustafayev və İran səfiri arasında görüş olub

General-mayor Salami: Aralıq dənizinin şərqini düşmən  yolunu kəsəcəyik