Yəmənli uşaqlar, qadağan olunmuş silahlar nəticəsində xərçəng riski altındadır + Video

Qafqaztimes xəbər verir ki, bu yaxınlarda Yəmən Milli Qurtuluş Hökumətinin Səhiyyə Naziri Taha Al-Mütəvəkkil, Birləşmiş Millətlər Təşkilatının ən sadə tibbi vəsaitləri Yəmənə gətirə bilmədiyini və Səudiyyə koalisiyasının işğalından sonra Yəməndəki xərçəng müalicə mərkəzlərinə müraciətdə bir artım olduğunu bildirib.

Əl-Mütəvəkkil bu artımı Səudiyyə koalisiyasının qadağan olunmuş silahlardan istifadə etməsi ilə əlaqələndirib. O, həmçinin qan xərçəngi müalicə mərkəzlərinin Yəmənin müxtəlif əyalətlərindən ildə 7000 xəstə qəbul etdiyini və onlardan yarısının dərman və xüsusi avadanlıq çatışmazlığı səbəbiylə həyatını itirdiyini söyləyib.

O, qeyd edib ki, hava hücumlarına məruz qalan ərazilərin əksəriyyətində insanlar təhlükəli xəstəliklərə tutulmuşlar.

Bu faktla əlaqədar olaraq Əl-Məsirə telekanalı, bədənin müxtəlif yerlərində xərçəng şişləri yaranan Sədə əyalətindəki yəmənli uşaqlar haqqında bir video yayımlayıb.

Related posts

Qəzza…

Dünyanı kim qarışdırır?

Qərbdə Həmasa dəstək