Kuba prezidenti: İnqilabı devirmək istəyirlərsə, cəsədlərimizin üzərindən keçməlidirlər

Qafqaztimes xəbər verir ki, Kuba müxalifətinin etiraz nümayişlərinin başlamasından bir neçə saat sonra Kuba prezidenti Miqel Dias-Kanel Bermudes bazar günü gecə televiziya ilə etdiyi çıxışında inqilab tərəfdarlarını küçələrə çıxmağa və onu müdafiə etməyə çağırıb.

O, həmçinin ABŞ hökumətinin, xüsusilə bu epidemiya zamanı şiddətlənən Kubaya qarşı siyasi xaosun yaranmasındakı rolu barədə bəhs edib.

Kuba prezidenti əlavə edib ki, Vaşinqton, geniş miqyaslı ictimai iğtişaşlar yaratmağa, əvvəlcə humanitar, daha sonra hərbi müdaxiləni həyata keçirməyə yönəlmiş ölkənin enerji sektoru əleyhinə tədbirlərilə Kuba mühasirəsini gücləndirdi.

Bir Kuba səlahiyyətlisinin sözlərinə görə, Donald Tramp administrasiyası zamanı Kubaya qarşı 243 addım atılmış və daha sonra bu ölkəni terrorizmi himayı edən dövlətlər siyahısına salmağa qərar verilmişdi. Kanel, bu sanksiyaları “qanunsuz və birtərəfli” adlandıraraq ABŞ hökumətinin dünyanın imperatoru olduğunu düşündüyünü söyləyib.

Kuba prezidenti həmçinin deyib: “Biz bütün inqilabçıları küçələrə çıxmağa və hər yerdə inqilabı müdafiə etməyə çağırırıq. Biz bu ölkənin suverenliyindən və müstəqilliyindən əl götürməyəcəyik. İnqilabı devirmək istəyirlərsə, o zaman cəsədlərimizin üzərindən keçməlidirlər.”

Related posts

ABŞ beynəlxalq məhkəməni hədələyir!

Rusiya Qəzzədəki kütləvi məzarlıqlar barədə araşdırma tələb edir

Kolumbiya prezidenti: Mayın 2-də İsraillə diplomatik əlaqələri kəsəcəyik