Yəmənin istefa vermiş prezidenti Ənsarullahı “qardaşlarım” adlandırıb

QafqazTimes xəbər verir ki, Yəmənin istefa vermiş prezidenti Əbdü Rəbbuh Mənsur Hadi Ər-Riyadda keçirilən bir mərasimdə deyib: “Biz Yəməndə sülhə nail olmaq, birləşmək və güclü milli strukturlara malik dövlət qurmaq üçün bütün səyləri dəstəkləyirik.”

O, “şəhidlərin” qanına ehtiram, yaralı və məhbusların iztirab və problemlərini aradan qaldırmaq üçün birlik və vəhdətə ehtiyac olduğunu vurğulayaraq, Ənsarullahı milli birlik və demokratiya ideallarına sadiq olan bir siyasi qrup olmağa çağırıb.

O, Ənsarullaha müraciət edərək deyib: “Gəlin sülh əldə etmək üçün danışıqlar masasına oturaq. Hərtərəfli və ədalətli sülh üçün əlimiz sizə tərəf uzadılıb. Hazırda Ər-Riyad danışıqlarında Hüsi qardaşlarının iştirak etməməsinə təəssüf edirik. Biz sülh üçün əllərimizi onlara tərəf uzatdıq. Ümid edirdik ki, hüsilər Körfəz Əməkdaşlıq Şurasında (KƏŞ) olan qardaşların çağırışını yerinə yetirəcək və yəmənlilərin maraqlarını hər şeydən üstün tutacaqlar.”

Mənsur Hadi Ənsarullahdan öz mövqeyinə yenidən baxış keçirməyə və müharibədən əziyyət çəkən Yəmən xalqının vəziyyətini nəzərə almağa çağırıb.

O, Ər-Riyad danışıqlarından birləşmək üçün istifadə edilməsinin vacibliyini vurğulayaraq, Ər-Riyad danışıqlarının uğurunun təkcə Hüsi qardaşları üçün deyil, hər kəs üçün vacib olduğunu bildirib.

Related posts

ABŞ beynəlxalq məhkəməni hədələyir!

Yəhudilər qaçır!

Qəzza…