Küveytli idmançı israilli rəqibi ilə yarışmadan imtina edib

QafqazTimes xəbər verir ki, BƏƏ-nin sionist rejimlə diplomatik əlaqələrini normallaşdırmaq cəhdi ilə ictimaiyyətdə və ərəb dünyasında etiraz dalğasının ardınca bir Küveytli idmançı BƏƏ-nin ev sahibliyi etdiyi qılıncoynatma üzrə dünya çempionatından imtina edib.

Əl-Xəlic Online xəbər saytının məlumatına görə, Məhəmməd Əl-Fəzli israilli rəqibi ilə yarışmamaq üçün yarışdan imtina edib. O, daha əvvəl Hollandiyanın ev sahibliyi etdiyi 2019 Qılıncoynatma Dünya Çempionatında da eyni dəlillə yarışdan imtina etmişdi.

Ərəb fəalları sosial şəbəkələrdə Küveytli idmançının bu addımını yüksək qiymətləndirərək, Fələstin məsələsinə dəstəyin davam etdirilməsinin və Qüdsdəki işğalçı rejimlə münasibətlərin normallaşmasına qarşı çıxmağın vacibliyini vurğulayıblar.

“Əl-Məqatiə” saytı bu barədə yazıb: “Əl-Fəzli Dubayda keçirilən dünya çempionatından imtina edərək İsraillə münasibətlərin normallaşdırılması tərəfdarlarına şillə vuran daha bir ərəb çempionudur. Küveyt qəhrəmanına salamlar.”

Bu, Fələstin məsələsinə dəstək və BƏƏ-nin işğalçı İsrail rejimi ilə diplomatik əlaqələr qurmaq cəhdini pisləmək üçün bu il Küveytli idmançıların yarışdan imtina etmələri ilə bağlı üçüncü faktdır.

Related posts

İran: Müsəlman ölkələrinin Qəzzə müharibəsindəki mövqeyi tarixə yazılır

Qəzzada kütləvi məzarlıqlar…

Azərbaycan və İran generallarının görüşü baş tutub – FOTO