Yəməndə BƏƏ ilə Səudiyyə arasında ixtilaf yaranıb

QafqazTimes xəbər verir ki, cümə günü iki yəmən mənbəsi BƏƏ-nin yeni hərbi qüvvələrinin bu ölkənin cənubunda istefa vermiş Yəmən hökumətinin iddia edilən paytaxtı “Ədən”ə gəlişi barədə məlumat verib və bu məsələnin Səudiyyə Ərəbistanı ilə bu ölkənin arasında kəskin fikir ayrılığına səbəb olduğunu vurğulayıb.

Arabi 21 xəbər və təhlil saytının məlumatına görə, adının çəkilməsini istəməyən bu iki məlumatlı mənbə deyib: “2019-cu ilin iyul ayında Yəməndən geri çəkildiyini elan etməsinə baxmayaraq, Əbu-Dabi hökuməti yüzlərlə hərbçini son bir neçə gündə Ədən şəhərinə göndərib.

Mənbələrdən biri əlavə edib ki, bu Əmirlik qüvvələrinin bir hissəsi ötən şənbə günü axşam Ədəndəki “Məaşiq” prezident sarayına daxil olub və prezident şurası sədrinin və onun (Ərəb koalisiyası tərəfindən hökumət qurmaq üçün seçilmiş) üzvlərinin qərargahında məskunlaşıblar.

Bu mənbə əlavə edib ki, BƏƏ qüvvələri həmçinin Keçid Şurasının separatçı qüvvələrdən qorunması, Ədən “Prezident Sarayı”nın təhlükəsizlik missiyasını öz üzərinə götürmüş və istefa vermiş hökumətin bəzi rəsmilərinin yerləşdiyi bəzi yaşayış binalarına daxil olmuşlar.

Bu mənbə təsdiqləyib ki, 200 əsgərdən ibarət Əmirlik qüvvələri Ədən Sarayının daxilindəki bir neçə mühüm binada, o cümlədən prezident qərargahının yerləşdiyi “Prezident Ofisi”, “Əməliyyat Binası və Prezident Rabitə İdarəsi”ndə yerləşdirilib.

Həmin mənbə deyib: BƏƏ hərbçilərinin bu qəfildən prezident qərargahına yerləşdirilməsindən bir neçə saat sonra Əmirlik qüvvələrinin komandanı ilə Səudiyyə qüvvələrinin komandanı arasında səlahiyyətlə bağlı fikir ayrılıqları yaranıb.

Bu Yəmən mənbələri əlavə ediblər: BƏƏ Səudiyyə ordusunun Əl-Məaşiq prezident sarayının təhlükəsizliyinin qorunması və monitorinqində iştirakından imtina edib və məhz bu, iki tərəf arasında ixtilafları gücləndirib.

Related posts

Yəhudilər qaçır!

Qəzza…

Dünyanı kim qarışdırır?